Modern.az

“Azəriqaz” rəsmiləri sahibkarlarla görüşəcək

“Azəriqaz” rəsmiləri sahibkarlarla görüşəcək

Aktual

3 Noyabr 2022, 09:08

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Şamaxı rayonunda keçiriləcək.

 

Modern.az “Azəriqaz”a istinadən verdiyi məlumata görə, birliyin İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində təşkil olunacaq görüş Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin qarşısında (Seyyid Əzim Şirvani küçəsi) baş tutacaq.

 

“Səyyar qəbul otağı” noyabrın 5-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı