Modern.az

Narkotik çəkib, maşın sürdü - HƏBS EDİLDİ

Narkotik çəkib, maşın sürdü - HƏBS EDİLDİ

Aktual

3 Noyabr 2022, 10:58

Oktyabrın 31-də saat 13 radələrində Masallı rayonu ərazisində “Ravon” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücü, Lənkəran rayon sakini Zamin Şiriyevin narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi protokol tərtib olunub və avtomobil müvəqqəti duracağa yerləşdirilib.

 

Masallı rayon məhkəməsinin qərarı ilə Z.Şiriyev 8 gün müddətinə inzibati həbs edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı