Modern.az

ANAMA-nın qaynar xətt xidməti YARADILDI

ANAMA-nın qaynar xətt xidməti YARADILDI

Aktual

3 Noyabr 2022, 13:08

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) qaynar xətt xidməti istifadəyə verilib.

 

Bu barədə Modern.az-a ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, vətəndaşlar tərəfindən daxil olan müraciətlərin birbaşa və çevik formada əlaqələndirilməsi məqsədilə Agentliyin “805” nömrəli qaynar xətt xidməti fəaliyyətə başlayıb.

 

“Qaynar Xətt” mövcud mina təhlükəsi ilə bağlı müraciətlərin qeydə alınması, zənglərin operativ cavablandırılması və aidiyyəti üzrə tədbirlərin görülməsinin asanlaşdırılmasına xidmət edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı