Modern.az

İranın 8 vilayəti sel sularının altında qaldı

İranın 8 vilayəti sel sularının altında qaldı

Aktual

3 Noyabr 2022, 14:09

İranda son 48 saatda daşqın və bundan zərər çəkmiş 206 nəfərə yardım göstərilib.

 

Modern.az xəbər verir ki, bu barədə Qızıl Aypara Yardım və Xilasetmə Təşkilatının əməliyyatlar üzrə vitse-prezidenti Morteza Moradipur məlumat verib.

 

Məlumata görə, sül və daşqınlar İranın 8 vilayətini əhatə edib.

 

Bundan əlavə, 32 nəfərə təcili yaşayış yeri verilib.

 

Ölkədə daşqınlardan zərər çəkmiş ərazilərdə xilasetmə işləri hələ də davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir