Modern.az

Yaponiyada güclü zəlzələ olub

Yaponiyada güclü zəlzələ olub

Aktual

3 Noyabr 2022, 14:30

Yaponiyanın Sakit okean sahillərində yeraltı təkan qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.

 

Bildirilib ki, Rixter şkalası ilə 5 balla qiymətləndirilən zəlzələ ölkənin Çiba əyalətində baş verib. Ocağı yerin 70 kilometr dərinliyində yerləşən yeraltı təkandan sonra sunami təhlükəsi ilə həyəcan siqnalı verilməyib.

 

Dağıntı barədə məlumat yoxdur. Təbiət hadisəsinin ətraf regionlarda da hiss edildiyi qeyd olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı