Modern.az

Çin ABŞ-ı iqtisadi blokadanı dayandırmağa çağırdı

Çin ABŞ-ı iqtisadi blokadanı dayandırmağa çağırdı

Aktual

3 Noyabr 2022, 14:50

Çin Xalq Respublikası ABŞ-ı Kubaya qarşı iqtisadi, ticarət və maliyyə blokadalarını aradan qaldırmağa çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Çjuan Litszyan bu gün keçirdiyi brifinq zamanı danışıb.

 

“Çin tərəfi BMT nizamnaməsinin əsas prinsiplərinə, habelə beynəlxalq münasibətlərdə ölkələrarası əlaqələrin inkişaf etdirilməsi ilə bağlı başlıca normalara uyğun olaraq ABŞ-ı Kubaya qarşı blokadanı dərhal və tamamilə dayandırmağa çağırır”, - deyə diplomat bəyan edib.

 

Onun sözlərinə görə, bu, regionda sülh və sabitliyin təmin olunması baxımından ABŞ və Kuba xalqlarının maraqlarına tam uyğundur.

 

Qeyd edək ki, XX əsrin 60-cı illərindən ABŞ və Kuba arasında diplomatik münasibətlər gərgindir. 1992-ci ildən bəri Kuba hər il BMT-yə ABŞ embarqosunun aradan qaldırılması ilə bağlı qətnamə layihələri təqdim edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı