Modern.az

Ceyhun Bayramov Mirzoyanla ABŞ-da görüşəcək

Ceyhun Bayramov Mirzoyanla ABŞ-da görüşəcək

Aktual

3 Noyabr 2022, 15:50

Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında görüş keçiriləcək.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə A.Mirzoyan parlamentdə məlumat verib.

 

“Görüş bir neçə gün sonra olacaq”, - erməni nazir bildirib.

 

Mirzoyanın sözlərinə görə, ABŞ dövlət katibi də görüşdə iştirak edəcək.

 

Qeyd edək ki, XİN başçıları sonuncu dəfə oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində görüşüblər.

 

Coşqun

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı