Modern.az

Şəhid qızının ad günü qeyd olunub

Şəhid qızının ad günü qeyd olunub

Aktual

3 Noyabr 2022, 16:57

Müzəffər Ali Baş Komandanımızın  rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhid Quliyev Bəhruz Firuz oğlunun övladı Quliyeva Mədinə Bəhruz qıznın bu gün 7 yaşı tamam olur.

 

Naftalan ŞİH-nin əməkdaşları Mədinənin doğum günü onu təbrik edib, şəhər rəhbərinin səmimi ürək sözlərini və təbriklərini çatdırıb, hədiyyələr təqdim ediblər.

 

Şəhidin yoldaşı, övladının doğum günündə onu tək qoymadıqları üçün, ömür-gün yoldaşının xatirəsinin əziz tutulmasını, ailəsinin daim yad olunmasını Bəhruzun timsalında bütün şəhid ailələrinə olan hörmət, ehtiram və qayğının nümunəsi kimi qiymətləndirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!