Modern.az

NATO-dan Brüssel görüşünə REAKSİYA - Gözəl xəbərdir

NATO-dan Brüssel görüşünə REAKSİYA - Gözəl xəbərdir

Aktual

3 Noyabr 2022, 21:54

Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası məsələsini müzakirə etməsi gözəl xəbərdir.

 

Modern.az xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina "Twitter" hesabında bildirib.

 

O, əlavə edib ki, bölgədə təhlükəsizliyi daha da artırmaq lazımdır.

 

Kolomina, həmçinin qeyd edib ki, NATO Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılmasını dəstəkləyir, Avropa İttifaqının bu istiqamətdəki səylərini qiymətləndirir.

 

Qeyd edək ki, Brüssel şəhərində Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında, müvafiq olaraq, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın üçüncü görüşü keçirilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı