Modern.az

Ağdam klubu rekordunu yenilədi

Ağdam klubu rekordunu yenilədi

Aktual

3 Noyabr 2022, 23:46

“Qarabağ” klubu UEFA Avropa Liqasında yeni rekorda imza atıb.

 

Modern.az xəbər verir ki, Ağdam təmsilçisi xal sayında Azərbaycan rekordunu yeniləyib.

 

Qurban Qurbanovun yetirmələri VI turda Bakıda “Frayburq”la qarşılaşıb. Evdəki 1:1 hesablı heç-heçə ilə təmsilçimiz xal sayını 8-ə çatdırıb.

 

Bununla da komandamız 2016/17 mövsümünün rekordu yenilənib. Həmin vaxt “Qarabağ” qrupda 7 xal yığıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı