Modern.az

İmam məscidin qarşısında qətlə yetirildi

İmam məscidin qarşısında qətlə yetirildi

Aktual

4 Noyabr 2022, 00:20

İranın Zahedan şəhər məscidinin imamı Höctülislam Səccad Şəhraki silahlı hücuma məruz qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə vilayətin polis idarəsinin rəisi Əhməd Tahiri bildirib.

 

Onun yerli mətbuata verdiyi məlumata görə, imam məscidin qarşısında güllələnərək qətlə yetirilib.

 

Üzləri bağlı olan iki nəfər “Prayd” markalı avtomobillə məscidin qarşısında imamı gözləyiblər. İmam məsciddən çıxarkən güllələnib. O, başından və sinəsindən aldığı güllə yarasından yerində keçinib.

 

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı