Modern.az

Türkiyədə güclü zəlzələ - Dağıntı və yaralılar var

Türkiyədə güclü zəlzələ - Dağıntı və yaralılar var

Aktual

4 Noyabr 2022, 07:54

Türkiyənin İzmir vilayətində 4,9 bal gücündə zəlzələ olub.

 

Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) bildirilib.

 

Məlumata görə, zəlzələ yerli vaxtla saat 03:29-da Buca rayonu ərazisində qeydə alınıb. Zəlzələnin ocağı 14,47 kilometr dərinlikdə yerləşib.

 

Zəlzələ nəticəsində iki nəfərin yaralandığı, məscidin minarəsinin zədələndiyi bildirilib. Ölənlər barədə məlumat yoxdur.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...