Modern.az

Goranboyda “Zəfər Günü” ərəfəsində müharibə iştirakçıları ilə görüş keçirilib

Goranboyda “Zəfər Günü” ərəfəsində müharibə iştirakçıları ilə görüş keçirilib

Aktual

4 Noyabr 2022, 09:54

Goranboyda “8 Noyabr-Zəfər Günü” ilə  bağlı  keçirilən ümumrayon tədbirləri çərçivəsində, Vətən müharibəsi iştirakçıları ilə görüş keçirildi.

 

Modern.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər  rəhbər şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəhbərliyi və əməkdaşları, bir qrup Şəhid ailələri, Qazilər və ictimai fəallar iştirak ediblər.

 

Tədbirdə, Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə  Rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda  həyata keçirdiyi və dünya hərb tarixinə qızıl hərflərlə yazılmış Şanlı Vətən Müharibəsi zamanı xalqımızın birliyi, şəhidlərimizin və qazilərimizin misilsiz qəhrəmanlığı və igidliyi  sayəsində tarixi ədalətin bərpa olunduğunu vurğulayan İcra Başçısı Məhərrəm Quliyev   dövlətimiz tərəfindən hər zaman Azərbaycanın  mübariz övladlarının şücaətinin yüksək qiymətləndirildiyini və Goranboylu döyüşçülərimizin də  müxtəlif Fəxri adlar, orden və medallarla, o cümlədən “Vətən müharibəsi  iştirakçısı” medalı ilə  təltif olunduğunu bildirdi.

 

Tədbirdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli Sərəncamı ilə  təsdiq edilmiş “Vətən müharibəsi  iştirakçısı” medalı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik göstərən və döyüş tapşırıqlarını uğurla yerinə  yetirən  bir qrup Vətən müharibəsi iştirakçılarına təqdim edilib.  Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Dövlətimizin Rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı