Modern.az

Bu qanun kəndlərdə interneti əlçatan edəcək

Bu qanun kəndlərdə interneti əlçatan edəcək

Aktual

4 Noyabr 2022, 10:20

Qanun layihəsi ucqar kəndlərdə belə internetin əlçatanlığını təmin edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Musa Qasımlı bildirib.

 

“Bu qanunun icrasından sonra vətəndaşlarımızın dövlət orqanlarında uzun müddət növbə gözləməsinə ehtiyac olmayacaq. Görülən işlərin hamısı vətəndaşlarımız üçündür. Daha sonra ümid edirik ki, ölkə üzrə internet problemi həll olunacaq. Bununla da müştəri məmnuniyyəti yaranacaq. Dövlətin əsas görmək istədiyi vətəndaşın tələblərini məmnunluqla etməkdir”.

 

Qeyd edək ki, Milli Məclisdə Elm və təhsil komitəsinin iclası keçirilir. İclasda “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) müzakirə çıxarılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı