Modern.az

Kiyevdə 450 min mənzil işıqsız qalıb

Kiyevdə 450 min mənzil işıqsız qalıb

Aktual

4 Noyabr 2022, 11:03

Ukraynanın paytaxtı Kiyev şəhərində 450 minə yaxın mənzilin elektrik enerjisi kəsilib.

 

Modern.az xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.

 

“Kiyev şəhərində 450 minə yaxın mənzil işıqsız qalıb”, - deyə mer söyləyib. Onun sözlərinə görə, problemin səbəbi sistemdəki yüklənmədən qaynaqlanır.

 

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu və müharibə başlayandan bəri ölkənin müxtəlif şəhərlərində vaxtaşırı olaraq elektrik enerjisi təminatında problemlər yaşanır.

 

Coşqun

Whatsapp
Bizə yazın!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir