Modern.az

DTX-nin saxladığı Elnur Əliyevlə bağlı QƏRAR VERİLDİ

DTX-nin saxladığı Elnur Əliyevlə bağlı QƏRAR VERİLDİ

Aktual

4 Noyabr 2022, 11:48

Bir neçə gün əvvəl istintaqa cəlb olunan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev sərbəst buraxılıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Elnur Əliyev Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilib və barəsində yaşayış yerini tərk etmək hüququnu məhdudlaşdıran qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, Elnur Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin noyabrın 1-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı istintaqa cəlb olunub.

 

Elnur Əliyev ötən gün Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...