Modern.az

Deputatdan həmkarına qarşı xoşagəlməz hərəkət

Deputatdan həmkarına qarşı xoşagəlməz hərəkət

Aktual

4 Noyabr 2022, 11:54

Fransa parlamentində deputatlar arasında qalmaqal yaşanıb.

 

Modern.az xəbər verir ki, qatı sağçı partiya olan “Milli Birliy”in (RN) nümayəndəsi Qreqori de Furnas qaradərili həmkarı Karlos Martens Bilonqonun çıxışı zamanı ona qarşı irqçi xarakterli davranış nümayiş etdirib.

 

Belə ki, K.M.Bilonqo Norveç gəmisi tərəfindən xilas edilmiş, 11 gün Aralıq dənizində köməksiz qalan 234 miqrantın vəziyyətinə diqqət çəkmək istərkən Q.Furnas yerdən “Afrikaya qayıtsın. Afrikaya geri dönsün” qışqırıb.

 

Hadisədən sonra parlament fasiləyə gedib. Daha sonra iclas yarımçıq yekunlaşdırılıb. Sol partiyalar bloku Q.Furnasın parlamentdaxili mexanizmlər vasitəsilə cəzalandırılması üçün addımlar atılacağını bəyan edib.

 

Qaradərili deputat K.M.Bilonqo da hadisəyə münasibət bildirib. “Mən Fransada doğulmuşam, Fransada yaşayıram. Amma dərimin rənginə görə Afrikaya “geri göndərildim”. Bu hadisə ilə “Milli Birlik” əsl simasını ortaya qoydu”, - deyə o bildirib.

 

Coşqun

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı