Siyasi partiyalarla bağlı təşkil olunmuş ictimai müzakirəni yüksək qiymətləndiririk.
Modern.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı parlamentdə keçirilən ikinci ictimai dinləmədə deyib.
“Bu dinləmədə QHT-lər də iştirak edir və xüsusilə Qeyri-Hökumət Təşkilatlarının aktiv fikirlərini gözləyirəm. Çünki biz zamanında da bu sahədə birgə çalışmışıq. Ümid edirik ki, dinləmələr uğurlu keçəcək”, - Əli Hüseynli vurğulayıb.
Qeyd edək ki, Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ikinci ictimai müzakirəsi keçirilir. Müzakirələrdə parlamentdə təmsil olunan və parlamentdən kənar siyasi partiyaların nümayəndələri iştirak edir.