Modern.az

Füzulidə ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Füzulidə ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Aktual

4 Noyabr 2022, 13:38

Füzuli rayonunda 8 Noyabr Zəfər Günü ərəfəsində silsilə tədbirlər davam etməkdədir.

 

Modern.az xəbər verir ki, noyabrın 4-də Horadiz şəhərində yerləşən ”Bayraq meydanı”nda  ağacəkmə aksiyası keçirildi. Aksiyada rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Aksiyada Füzuli rayonundan olan Vətən müharibəsi şəhidlərinin hər birinin adına bir ağac əkilib. 

 

Qeyd edək ki, Vətən müharibəsində Füzuli rayonu  78 şəhid verib. Onlardan biri Vətən Müharibəsi Qəhrəmanı şəhid Zalov Fəqan Amil oğludur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir