Modern.az

4 ölkələrin XİN rəhbərləri GÖRÜŞDÜ

4 ölkələrin XİN rəhbərləri GÖRÜŞDÜ

Aktual

4 Noyabr 2022, 15:42

ABŞ, Almaniya, Böyük Britaniya və Fransa xarici işlər nazirləri görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken "Twitter" hesabında bildirib.

 

"Geniş spektrli mövzular üzrə gedən müzakirələrimizi və koordinasiyamızı davam etdirmək üçün görüşdük. Transatlantik əməkdaşlıq qlobal problemlərin həlli üçün açardır", - Blinken deyib.

 

Qeyd edək ki, görüş Almaniyada G7 ölkələrinin XİN başçılarının iclası çərçivəsində baş tutub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı