Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 379 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 78, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 69, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 207, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 25 nəfərdir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 912 976 olub.
