Modern.az

Naxçıvanın büdcə gəlirləri 100 milyon manat ARTACAQ

Naxçıvanın büdcə gəlirləri 100 milyon manat ARTACAQ

Aktual

4 Noyabr 2022, 18:00

2023-2026-cı illər üzrə Naxçıvan Muxtar Respublikasının (NMR) büdcə gəlir və xərcləri məlum olub.

 

Modern.az xəbər verir ki, bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilib.

 

Məlumata görə, gələn il üçün muxtar respublikanın büdcə gəlirləri 646,4 milyon manat, 2024-cü ildə 661,4 milyon manat, 2025-ci ildə 679,4 milyon manat, 2026-cı il üzrə isə 699,4 milyon manat proqnozlaşdırılıb.

 

Başqa sözlə, 2022-ci ilin təsdiq edilmiş büdcə gəlirləri ilə müqayisədə 2026-cı ildə gəlirlər 15,4% və ya 93,3 milyon manat artıq müəyyən edilib.

 

Qeyd edək ki, icmal büdcədə muxtar respublikanın gəlir və xərcləri eyni həcmdə nəzərdə tutulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...