Modern.az

Xersonda komendant saatı elan edildi

Xersonda komendant saatı elan edildi

Aktual

4 Noyabr 2022, 22:40

Rusiyanın ilhaq etdiyi Xerson vilayətində bir günlük komendant saatı elan edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Xerson vilayət rəhbərinin müavini Kirill Stremousov bildirib.

 

Məlumata görə, Xersonda komendant saatı elan edilən zaman Rusiyanın ilhaq etdiyi Donetskdə Ukrayna Silahlı Qüvvələri tərəfindən hücumlar həyata keçirilib.

 

Ukrayna ordusunun hücumları zamanı Makiivka və Horlivka ilə yanaşı, Donetskin mərkəzinə də 26 top mərmisinin düşdüyü qeyd olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı