Modern.az

Ərdoğan Rusiya və Ukraynanı danışıqlara çağırdı

Ərdoğan Rusiya və Ukraynanı danışıqlara çağırdı

Aktual

5 Noyabr 2022, 00:15

Türkiyə Rusiya və Ukrayna arasında münaqişənin tezliklə başa çatması üçün danışıqların bərpasının tərəfdarıdır.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdə deyib.

"Prezidentimiz görüşdə qeyd edib ki, Rusiya ilə Ukrayna arasında qarşıdurmaya tez bir zamanda son qoymaq və münaqişənin ədalətli həllinə imkan yaratmaq üçün danışıqlar masasına qayıtmağı zəruri hesab edir", - Türkiyə Prezident Administrasiyasından bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı