Modern.az

DİN 17 yaşlı qızın qatilini AXTARIR

DİN 17 yaşlı qızın qatilini AXTARIR

Aktual

5 Noyabr 2022, 00:54

Daxili İşlər Nazirliyi (DİN) Qax rayonunda baş verən qətllə bağlı açıqlama yayıb.

 

Modern.az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, dünən saat 19 radələrində 2005-ci il təvəllüdlü A. Papiaşvilinin kirayədə yaşadığı evdə çoxsaylı kəsilmiş, deşilmiş xəsarətləri olan meyiti aşkarlanıb.

 

“Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib, hazırda hadisəni törədən şəxs və yaxud şəxslərin tutularaq istintaqa təhvil verilmələri istiqamətində əməliyyat - istintaq tədbirləri davam etdirilir”, - məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı