Modern.az

Fazil Məmmədov dəfn olundu

Fazil Məmmədov dəfn olundu

Aktual

5 Noyabr 2022, 09:40

Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov dəfn edilib.

 

Modern.az-ın xəbərinə görə, mərasimdə sabiq nazirin ailə üzvləri, yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

 

Qeyd edək ki, F.Məmmədov noyabrın 3-də Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

 

Xatırladaq ki, F.Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı