"Azərbaycan dövlətinin əsas prioriteti azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi və keçmiş məcburi köçkünlərin ata-baba yurdalarına qayıtmasıdır"
Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbirdə deyib.
Nazir bildirib ki, azad edilən ərazilərdə işlərin görülməsində ən böyük təhlükə minalarla bağlıdır.
XİN başçısı xatırladıb ki, indiyədək azad edilən ərazilərdə 267 Azərbaycan vətəndaşı minların qurbanı olub: “Minaların təmizlənməsi istiqamətində işlərimiz davam edir. Azad edilən ərazilərdə yenidən infrastruktur qurulur”.