Modern.az

Ukraynaya yeni hərbi yardımlar göndəriləcək

Ukraynaya yeni hərbi yardımlar göndəriləcək

Aktual

13 Noyabr 2022, 18:15

Birləşmiş Ştatlar Ukraynaya yeni hərbi yardımlar göndərəcək.

 

Modern.az xəbər verir ki, ABŞ növbəti iki həftə ərzində Ukraynaya yeni hərbi yardım paketini çatdıracaq.

 

Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan özünün sosial şəbəkə hesabında məlumat yayıb.

 

"Növbəti bir neçə həftə ərzində başqa bir yardım paketi olacaq, o, təxminən eyni cədvəl üzrə son aylardakı miqyasda olacaq”, - Sallivan bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?