Modern.az

Dünyanın gələcəyi 3 ölkədən asılıdır: ABŞ deyil

Dünyanın gələcəyi 3 ölkədən asılıdır: ABŞ deyil

Dünya

Bu gün, 17:40

Rusiyalı siyasətçi Vladimir Jirinovski sağlığında dünyanın gələcək taleyini üç dövlətin – Çin, Rusiya və ABŞ-ın müəyyən edəcəyini düşünürdü. Tanınmış siyasətçi və jurnalist Anatoli Vasserman isə bu fikirlə tam razılaşmır.

Modern.az xəbər verir ki, o, müsahibəsində gələcəkdə dünyanın taleyini müəyyən edəcək üç ölkənin adını çəkib.

“Düşünürəm ki, yaxın gələcəkdə dünyanın taleyini həqiqətən də üç dövlət – Rusiya, Çin və Hindistan müəyyən edəcək. ABŞ-ın dünya hegemonluğu dövrü başa çatır. Məhz buna görə Tramp üçtərəfli görüşdə iştirak edərək öz təsirini uzatmağa çalışırdı”, – Vasserman bildirib.

Onun sözlərinə görə, ABŞ-da parlament seçkilərində qalib gələn demokratların yaxın vaxtlarda yaradacağı problemlər Donald Trampın ölkənin böyük dövlət statusunu qorumasına mane ola bilər:

“Jirinovskinin proqnozu, məncə, kifayət qədər əsaslı idi. Lakin onun amerikalıların bu qədər ağılsız davranacağını gözləmədiyini düşünürəm. Demokratlar uzun illərdir ABŞ-ın vəziyyətini pisləşdirə biləcək demək olar ki, hər şeyi dəstəkləyirlər”.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə