Rusiyanın Moskva vilayətində yaşayan anbar işçisi riyazi hesablamalardan istifadə edərək lotereyada 7 milyon rubldan çox pul qazanıb.
Modern.az xəbər verir ki, Yevgeni “Möhtəşəm 8” lotereyasında supermükafatı əldə edib. O, genişləndirilmiş mərcli üç bilet alaraq rəqəmləri seçmək üçün “xalça örtüyü metodu”ndan istifadə edib. Bu üsul oyun sahəsini elə doldurmağı nəzərdə tutur ki, hər üç biletdəki rəqəmlər bir-biri ilə üst-üstə düşsün.
Qalib bildirib ki, udan biletdə onun uğurlu hesab etdiyi 13 rəqəmi də olub.