Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumları arasında sərbəst güləş üzrə çempionat başa çatıb.
Modern.az xəbər verir ki, yarış noyabrın 18-20-də FHN-in İdman-sağlamlıq klubunun güləş zalında keçirilib.
Çempionatda Nazirliyin Aparatını və qurumlarını təmsil edən 7 komandadan 50-yə yaxın əməkdaş iştirak edib.
Yarışın bağlanış mərasimində çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğıdan, Nazirliyin idmançılarının müxtəlif yarışlarda nümayiş etdirdikləri əzmkarlıqdan və qazandıqları nailiyyətlərdən danışıb. O, çempionatda fərqlənən əməkdaşları və komandaları təbrik edərək onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Beynəlxalq qaydalara uyğun olaraq, olimpiya sistemi üzrə 8 çəki dərəcəsində təşkil olunan yarışları İdman-sağlamlıq klubunun güləş üzrə hakim heyəti idarə edib.
Çempionatda çəki dərəcələri üzrə nəticələr belə olub:
57 kq
I yer – Rəşid Sadıqov (XRXX)
II yer – Hüseyn İbrahimli (DYMX)
III yer – Rəhim Əliyev (DYMX)
III yer – Məhəmməd Rüstəmov (FHN Akademiyası)
61 kq
I yer – Həsən Carçıyev (DYMX)
II yer – Ramal Əhədli (DYMX)
III yer – Nicat Qardıyev (FHN Akademiyası)
III yer – Sənan Quluzadə (MMQ)
65 kq
I yer – Ümidəli Musayev (DYMX)
II yer – Firdovsi Həsənov (XRXX)
III yer – Vaqif Musayev (MMQ)
III yer – Əli Həsənov (FHN Akademiyası)
70 kq
I yer – Cəlal Süleymanov (XRXX)
II yer – Rəşid Rüstəmli (XRXX)
III yer – Coşqun Kəlbiyev (MMQ)
III yer – Hüseyn Əhmədov (DYMX)
74 kq
I yer – Həsən Seyidov (DYMX)
II yer – Əhliman Quliyev (MMQ)
III yer – Zaur Kamalov (DYMX)
III yer – Yusif Süleymanov (MMQ)
86 kq
I yer – Asif Nuriyev (DYMX)
II yer – Elçin İbrahimov (FHN Akademiyası)
III yer – Emil Əliyev (XRXX)
III yer – Rəşad Səfərov (XRXX)
III yer – Elçin İsmayılov (MMQ)