Modern.az

Azərbaycan bir çox vyetnamlı üçün ikinci evə çevrilib

Azərbaycan bir çox vyetnamlı üçün ikinci evə çevrilib

Aktual

Bu gün, 14:52

Vyetnam Prezidenti To Lam Azərbaycanda təhsil alan minlərlə vyetnamlı tələbənin qazandıqları bilikləri öz ölkələrində tətbiq etdiklərini bildirib.

Modern.az  xəbər verir ki, To Lam bu barədə noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən rəsmi naharda danışıb.

“Bir çox vyetnamlı üçün Azərbaycan indi onların ikinci evinə çevrilib. Minlərlə vyetnamlı tələbə Azərbaycandakı auditoriyalarda yetişib, orada əldə olunan bilikləri ata yurdunda tətbiq edib, müəllimlərinə və dostlarına səmimi hisslər keçirib”, – Vyetnam Prezidenti deyib.

İlham Əliyev də çıxışında sovet dövründə Azərbaycanda təhsil alan vyetnamlı tələbələrin sayını açıqlayıb:

“Sovet dövründə 5 minə yaxın vyetnamlı tələbə Azərbaycanda təhsil alaraq, daha sonra vətənlərinin rifahına töhfə verən peşəkar mütəxəssislərə çevrilmişdir”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə