Modern.az

Dünya çempionatında günün oyunları

Dünya çempionatında günün oyunları

Aktual

24 Noyabr 2022, 07:47

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün daha 4 oyun keçiriləcək.

 

Modern.az xəbər verir ki, günün ilk görüşü G qrupunda baş tutacaq. Bakı vaxtı ilə saat 14:00-da start götürəcək qarşılaşmada İsveçrə və Kamerun yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.

 

Qrupun digər matçında Braziliya milli komandası Serbiya ilə üz-üzə gələcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

H qrupunda Uruqvay və Cənubi Koreya yığmaları Bakı vaxtı ilə saat 17:00-da, Portuqaliya və Qana seçmələri isə saat 20:00-da qarşılaşacaqlar.

 

DÇ-2022

24 noyabr

 

G qrupu

 

14:00. İsveçrə - Kamerun

Baş hakim: Fakundo Telyo (Argentina)

"Əl-Canub" stadionu

 

23:00. Braziliya - Serbiya

 

Baş hakim: Alireza Faqani (İran)

"Lusail" stadionu

 

H qrupu

 

17:00. Uruqvay - Cənubi Koreya

Baş hakim: Kleman Türpen (Fransa)

"Edyukeyşn Siti" stadionu

 

20:00. Portuqaliya - Qana

 

Baş hakim: İsmail Elfat (ABŞ)

"Stadiium 974" arenası

Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də yekun vurulacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?