Modern.az

Estoniya ilə Azərbaycan arasında daha 8 sənəd işlənilir 

Estoniya ilə Azərbaycan arasında daha 8 sənəd işlənilir 

Aktual

Bu gün, 12:46

Estoniya ilə Azərbaycan arasında 16 sənəd mövcuddur.

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında deyib.

“İki ölkə arasında daha 8 sənəd üzrə iş gedir. Yaxın vaxtlarda həmin sənədlər imzalanacaq. Estoniyanın ölkəmizdəki ilk rezident səfiri də artıq işinə başlayıb. Bu münasibətlə Estoniya tərəfini nümayəndələri təbrik edirəm. Ticarət dövriyyəsi və investasiya isə qənaətbəxş deyil. Azərbaycan 32 milyon dollar, Estoniya isə 24 milyon dollar investisiya qoyub. Azərbaycanda 72 eston şirkəti fəaliyyət göstərir. Biznes-forumların təşviqi üzrə işlər gedib. Bərpaolunan enerji və rəqəmsal transformasiya çox vacib sahələrdi”.

Ceyhun Bayramov bildirib ki, estoniyalı həmkarı ilə  Ermənistan-Azərbaycan arasında normallaşma prosesi ilə bağlı da danışblar.

“İki ölkə arasında təmaslar, vətəndaş cəmiyyətləri arasında görüşlər, TRIPP layihəsi ilə bağlı yeniliklər, o cümlədən Qarabağda aparılan yenidənqurma işləri və 100 minə yaxın şəxsin məskunlaşması barədə danışdıq və ətraflı fikir mübadiləsi apardıq”.

Sizə yeni x var
Keçid et
Türkiyə ayağa qalxdı! Gürcüstana sərt cavab - Ərdoğan hərəkətə keçdi