Modern.az

82 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ

82 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ

Aktual

24 Noyabr 2022, 10:04

Bakıda avtomobil 82 yaşlı kişini vuraraq öldürüb.

 

Modern.az xəbər verir ki, hadisə Bakı kənar dairəvi yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib.

 

Belə ki, 1987-ci il təvəllüdlü Elvin Məmmədov idarə etdiyi Mazda markalı avtomobillə piyada 1940-cı il təvəllüdlü Sakit Niyazovu vurub.

 

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır