Modern.az

7 minlik ziyanla bağlı cinayət işi AÇILDI

7 minlik ziyanla bağlı cinayət işi AÇILDI

Aktual

24 Noyabr 2022, 10:20

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bakı şəhəri, Cəlilabad və Lerik rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.


Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonunda abadlaşma işləri aparılarkən şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə meşə fonduna daxil olmayan, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad rayonu ərazisində, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu ərazisində meşə fonduna daxil olan ümumilikdə 107 ədəd ağacın kəsilməsi nəticəsində ekosistemə 7 min manatdan çox ziyan vurulub.


Fakt üzrə Cinayət Məcəlləsinin 259.1 və 259.2.3-cü maddələri ilə (qanunsuz ağac kəsmə) cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?