Modern.az

Polis Cəbrayılda ov edənlərin tüfənglərini aldı

Polis Cəbrayılda ov edənlərin tüfənglərini aldı

Aktual

24 Noyabr 2022, 11:00

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər müəyyən olunublar.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayon sakinləri M.Alıyev və E.Rüstəmov 7 saylı qəsəbə ərazisində qanunsuz ov etdikləri müəyyən olunub.

 

Həmin şəxslərdən 2 ədəd ov tüfəngi və ovladıqları çöl heyvanı aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?