Modern.az

"Avtovağzal"da işıqlar söndü

"Avtovağzal"da işıqlar söndü

Aktual

24 Noyabr 2022, 11:06

Metronun "Avtovağzal" stansiyasında problem yaranıb.

 

Modern.az xəbər verir ki, "Bakı Metropoliteni"nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, gərginlik düşməsi nəticəsində "Avtovağzal" stansiyasında saat 11:55-də işıqlanma sistemində problem yaranıb.

 

"4 dəqiqədən sonra işıqlanma bərpa olunub. Bənövşəyi xətt üzrə qatarların hərəkətində 4 dəqiqə gecikmə olub. Hazırda problem tam aradan qaldırılıb. Qatarlar interval üzrə hərəkət edir", - B.Məmmədov deyib.

 

O bildirib ki, hazırda hadisənin səbəbləri araşdırılır. Digər detallar məlum olduqca informasiya veriləcək.

 

Qeyd edək ki, bir neçə gün əvvəl də "Avtovağzal" stansiyasında oxşar problem yaranmışdı.

Sizə yeni x var
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!