Modern.az

Paşinyan: “Putindən müsbət siqnal aldıq”

Paşinyan: “Putindən müsbət siqnal aldıq”

Aktual

24 Noyabr 2022, 12:54

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Rusiya Prezidenti Vladimir Putindən Azərbaycanla dəmir yolunun bərpası məsələsinə dair müsbət siqnal aldığını bildirib. 

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.  

 

"Rusiya Prezidenti ilə danışıqlar zamanı biz müəyyən siqnallar və ya mesajlar aldıq. Bu, o deməkdir ki, bizim dəmir yolunun bərpası ilə bağlı işlərimiz olacaq. Əgər dünən öyrəndiyimiz və razılaşdığımız hər şey öz məntiqindən kənara çıxmasa, o zaman yaxın gələcəkdə dəmir yolunun bərpası gözlənilir”,- deyə Paşinyan bildirib.  

 

Qeyd edək ki, ötən gün İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?