Modern.az

Cinayətdə şübhəli bilinən 99 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 99 nəfər saxlanıldı

Aktual

30 Yanvar 2023, 10:34

Yanvarın 28-də və 29-da ölkə ərazisində qeydə alınan 114, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarılan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə dörd nəfər ölüb.

 

Narkotiklərlə əlaqəli 65, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı