Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın enerji atəşkəsinə razılıq vermək öhdəliyinin olmadığını bildirib.
Modern.az xəbər verir ki, Peskov Avropa Komissiyası sədrinin Ukrayna üzrə danışıqlarla bağlı açıqlamasına münasibət bildirib.
“Rusiyanın heç bir öhdəliyi yoxdur. Rusiya öz milli maraqlarını təmin etməlidir”, – Peskov deyib.
Avropa Komissiyasının sədri bildirmişdi ki, Rusiyanın qışda enerji infrastrukturuna zərbələri dayandırmağa və Qara dəniz vasitəsilə ərzağın təhlükəsiz daşınması üçün atəşkəsə razılıq verməsi Moskvanın Ukrayna üzrə danışıqlarda niyyətinin ciddi olduğunu göstərərdi.