Modern.az

Erməni səfir ABŞ-ın Qafqaz üzrə baş müşaviri ilə Laçın dəhlizini müzakirə etdi

Erməni səfir ABŞ-ın Qafqaz üzrə baş müşaviri ilə Laçın dəhlizini müzakirə etdi

Aktual

7 Fevral 2023, 11:17

Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə baş müşaviri Luis Bono ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan diplomatik missiyasının rəhbəri özünün tvitter səhifəsində məlumat yayıb.
 

Makunts bildirib ki, amerikalı diplomatla görüşdə Laçın dəhlizindəki vəziyyət müzakirə olunub.
 

"Biz qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunduq. Cənab Bono ilə əməkdaşlığı səbirsizliklə gözləyirik", - səfir qeyd edib.
 

Luis Bono bu vəzifəyə fevralın 2-də təyin edilib. O, ötən ilin sonunda istefaya göndərilən Filip Rikoru əvəzləyib.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı