Modern.az

Qanunsuz ağac kəsən şəxs cəzalandırıldı

Qanunsuz ağac kəsən şəxs cəzalandırıldı

Aktual

7 Fevral 2023, 11:44

Lənkəran rayonu, Şağlaser kəndi ərazisində xüsusi mülkiyyətdə olan torpaq sahəsinin yaxınlığında ağac kəsintisi faktı müəyyən edilib.

 

Bu barədə Modern.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

 

O qeyd edib ki, araşdırma zamanı ağacın həmin torpağın mülkiyyətçisi Abasəli Feyzullayev tərəfindən kəsildiyi məlum olub:

 

"Faktla bağlı protokol tərtib olunub və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı