Modern.az

Azərbaycanda minaaxtaran qadın qrupları YARADILIR

Azərbaycanda minaaxtaran qadın qrupları YARADILIR

Aktual

7 Fevral 2023, 14:08

"Minatəmizləmə əməliyyatlarını həyata keçirəcək ilk qadın qrupları yaradılacaq. Biz bu layihəyə “Heç kəs kənarda qalmasın" prinsipinə sadiqliyimizi nümayiş etdirmək məqsədilə başlayırıq".

 

Modern.az xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının (BMT İP) Azərbaycan üzrə rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros deyib.

 

O bildirib ki, bu layihə BMTİP üçün vacibdir: "Çünki o, məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtmasını təmin etməklə yanaşı, həm də Azərbaycanda minatəmizləmə əməliyyatlarını həyata keçirəcək ilk qadın qruplarının yaradılmasına töhfə verəcək. Bu, həmçinin qadınların humanitar minatəmizləmə kimi mühüm fəaliyyətlərə cəlb olunmalarını təmin edəcək”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı