Modern.az

Xocalıda yük avtomobili su kanalına düşdü

Xocalıda yük avtomobili su kanalına düşdü

Aktual

7 Fevral 2023, 16:00

Xocalı rayonunun Çanaqcı kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Modern.az-a bildirib ki, bununla bağlı Xocalı rayon Polis Şöbəsinə məlumat daxil olub.

 

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zamanı məlum olub ki, Hüseyn Mövsümovun idarə etdiyi "Mercedes" markalı yük avtomobili yolun sürüşkən olmasına görə idarəetmədən çıxaraq yol kənarındakı su kanalına düşüb.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı