Modern.az

Növbəti xilasetmə qrupu Türkiyəyə yola salınacaq 

Növbəti xilasetmə qrupu Türkiyəyə yola salınacaq 

Aktual

7 Fevral 2023, 22:16

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti yardımları və xilasetmə qrupu qardaş ölkəyə yola salınacaq.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Belə ki, təyyarə və Fövqəladə Hallar Nazirliyinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınacaq humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar, masalar, oturacaqlar və digər avadanlıqlar daxildir.

 

Digər təyyarə ilə Fövqəladə Hallar Nazirliyinin növbəti axtarış-xilasetmə qrupu göndəriləcək.

 

Hazırda humanitar yardım və xilasetmə qrupunun yola salınması üçün hazırlıq işləri görülür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı