Modern.az

Türkiyəli deputatdan xilasedicilərimizlə bağlı paylaşım - FOTOLAR

Türkiyəli deputatdan xilasedicilərimizlə bağlı paylaşım - FOTOLAR

Aktual

8 Fevral 2023, 01:23

Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Atilla Sertel zəlzələ bölgəsinə - Kahramanmaraşa cəlb olunan Azərbaycan xilasediciləri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, türkiyəli deputat sosial şəbəkə hesabında FHN əməkdaşlarının fotolarını paylaşaraq, "Azərbaycandan can qardaşlarımız can qurtarmağa gəlmişlər" şərhini yazıb.

 

Həmin paylaşımı təqdim edirik:

 

 

Xatırladaq ki, zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb.

 

Fevralın 7-də isə ilkin olaraq mobil səhra hospitalı və 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyət qardaş Türkiyəyə yola düşüb. Sonra isə növbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar, habelə mobil səhra hospitalı üçün üç ədəd konteyner yola salınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı