Gürcüstan prezidenti Salome Zurabişvili hazırda həbsdə olan keçmiş prezident Mixail Saakaşvilini siyasətdən getməyə və “Gürcüstanı girov saxlamağa son qoymağa” çağırıb.
Modern.az xəbər verir ki, Zurabişvilinin bununla bağlı bəyanatında deyib:
“Saakaşvili birdəfəlik öz cinayətlərini etiraf etməli, siyasətdən getmək şərti ilə ölkəni və müxalifəti girov saxlamağa son qoymalıdır”.
Xatırladaq ki, Saakaşvilinin partiya üzvləri dünən Gürcüstan parlamentinin işini boykot edəcəklərini və mandatlardan imtina edəcəklərini bildiriblər.
“Vahid Milli Hərəkat” partiyasının nümayəndələri öz qərarlarına əsas kimi Gürcüstanın həbsdə olan keçmiş prezidentinin azadlığa buraxılmamasını qeyd ediblər.