Modern.az

Gəncədə Türkiyədə həlak olanların xatirəsi anılıb - FOTO

Gəncədə Türkiyədə həlak olanların xatirəsi anılıb - FOTO

Aktual

8 Fevral 2023, 11:43

Türkiyənin Gəncədəki Baş konsulluğunda qardaş ölkədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi anılıb.

 

Modern.az xəbər verir ki, şəhər ictimaiyyəti ilə birgə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və ali məktəbin kollektivi Türkiyənin Gəncədəki Baş konsulluğunun qarşısında zəlzələ qurbanlarının xatirəsinə yaradılan guşəyə gül dəstələri düzüblər.

 

Rektor Yusif Yusibov Gəncədəki Baş konsul Recep Öztopa dərin hüznlə başsağlığı verib, qardaş ölkənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət, xəsarət alanlara şəfa diləyib. 

 

Rektor Yusif Yusibov konsulluqdakı xatirə kitabına Türkiyə xalqına başsağlığı qeydlərini yazıb.

 

Baş konsul Recep Öztop göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

 

Xatırladaq ki, fevral ayının 6-da Türkiyədə baş verən güclü zəlzələ nəticəsində xeyli sayda insan dağıntılar altında qalaraq həlak olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı