Modern.az

Dağıntıdan çıxarılan uşaq “Anam haradadır” deyib fəryad etdi 

Dağıntıdan çıxarılan uşaq “Anam haradadır” deyib fəryad etdi 

Aktual

9 Fevral 2023, 00:05

Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə tədbirləri gecə saatlarında davam etdirilir.

 

Modern.az xəbər verir ki, Adıyaman bölgəsində dağıntılar altında qalan 4 azyaşlı sağ çıxarılıb.

 

64 saatdan sonra xilas edilən uşaqlardan biri "anam haradadir" deyərək fəryad edib. Xilasediciləri göz yaşlarına boğan azyaşlı halsız vəziyyətdə aşkarlanıb. O, dərhal təcili tibbi yardımın köməyi ilə xəstəxanaya yerləşdirilib. 

 

Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə fevralın 6-da baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 9057 nəfərə çatıb. Təbii fəlakət zamanı 52 979 nəfər yaralanıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı